“Formula-1”: İlk sərbəst yürüşün ən sürətlisi Serxio Peres oldu
10.06.2022 - 16:00
“Formula-1”: İlk sərbəst yürüşün ən sürətlisi Serxio Peres oldu

Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi start götürüb. 

Apasport.az saytının məlumatına görə, mövsümün 8-ci mərhələsinin ilk sərbəst yürüşü başa çatıb.

Pilotlar bir saat bolidlərini sınaqdan keçiriblər. Yekunda “Red Bull”un pilotu Serxio Peres sərbəst yürüş zamanı hamıdan sürətli olub.

O, 1:45.476-lük göstəriciyə imza atıb. Peresdən sürətdə müvafiq olaraq Şarl Lekler (“Ferrari”) və Maks Ferstappen (“Red Bull”) geri qalıb.

Qeyd edək ki, saat 18:00-da ikinci sərbəst yürüşə start veriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0