"Atletiko Madrid" dayanmaq bilmir: Bir ulduz transfer daha
06.08.2024 - 12:32
"Atletiko Madrid" dayanmaq bilmir: Bir ulduz transfer daha

Premyer Liqa təmsilçilərindən "Mançester Siti"nin hücumçusu Xulian Alvares "Atletiko Madrid"ə keçməyə yaxındır.

Apasport.az xəbər verir ki, bu barədə “Relevo” nəşri məlumat yayıb. Madrid klubu 24 yaşlı hücumçu üçün 75 milyon avro təklif edib.

Tərəflər arasında danışıqlar davam edir. “Atletiko”nun forvardla müqavilə detallarında razılığa gələcəyi gözlənilir.

Əgər transfer baş tutarsa, bu, "Mançester Siti"nin oyunçu satışından qazandığı ən yüksək məbləğ olacaq. "Siti"nin hazırkı rekordu "Çelsi"nin keçən il 56 milyon avro ödədiyi Rahim Sterlinqdir. 

Alvares ötən mövsümdə İngiltərə Premyer Liqasında 36 oyunda 11 qol vurub, 9 məhsuldar ötürmə edib.

 

writer photo
Əlirza Əlirzalı
0