Olmo “Real”ın hədəfində
10.04.2023 - 16:50
Olmo “Real”ın hədəfində

İspaniya millisinin və “Leypsiq”in futbolçusu Dani Olmo daha bir Avropa nəhənginin maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, müdafiəçi “Real”ın transfer siyahısında yer alıb.

Madrid klubu 24 yaşlı futbolçunun keçidi üçün danışıqlara başlamağa tələsmir. Lakin universal oyunçunun transferi variantları nəzərdən keçirilir.

Qeyd edək ki, Olmo 2020-ci ilin yanvarından “Leypsiq”də çıxış edir. O, cari mövsümün 23 matçında 4 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0