Onana heyətdən kənarlaşdırıldı
28.11.2022 - 13:13
Onana heyətdən kənarlaşdırıldı

Kamerun millisinin qapıçısı Andre Onana heyətdən kənarlaşdırılıb.

Apasport.az saytının məlumatına görə, bu, Serbiya yığması ilə bugünkü qarşılaşmadan öncə baş verib.

Qolkiper intizamla bağlı səbəblərdən heyətdən kənar düşüb. O, Serbiya ilə matçda iştirak etməyəcək. “İnter”in futbolçusunun kənarlaşdırılma müddəti və dəqiq səbəbi müəyyənləşməyib.

Qeyd edək ki, Serbiya ilə matçda onu Deid Epassi əvəzləyəcək.
 

writer photo
Əlirza Əlirzalı
0