Onanaya 50 milyonluq təklif
28.06.2023 - 22:42
Onanaya 50 milyonluq təklif

“Mançester Yunayted”in yeni qapıçı axtarışı davam edir.

Apasport.az saytı xəbər verir ki, “qırmızı şeytanlar” Andre Onana ilə müqavilə bağlamağa yaxındır.

“Mançester Yunayted”in David de Xea ilə müqavilə müddəti başa çatıb. Tərəflər danışıqlar aparsa da, yekun qərar verilməyib. Nəticədə ingilislər “İnter”in qapıçısı Onanaya “elçi düşüblər”. Onlar qarşı tərəfə 50 milyonluq təklif paketi göndərəcəklər.

Qeyd edək ki, Onana bir il əvvəl sərbəst agent kimi “Ayaks”dan “İnter”ə keçib.
 

writer photo
Əlirza Əlirzalı
0