Onunla rəsmi danışığa başlanıldı
08.07.2022 - 11:01
Onunla rəsmi danışığa başlanıldı

“İnter” “Torino”nun müdafiəçisi Qleyson Bremerin transferi üçün danışıqlar aparır.

Apasport.az saytının məlumatına görə, dünən klubların nümayəndələri arasında ilk rəsmi görüş baş tutub.

Toplantıda “neradzurra”nın idman direktoru Pyero Auzilio və “Torino”dan olan həmkarı Davide Vanyatti ilə yanaşı, braziliyalı müdafiəçinin meneceri Paolo Buzardo da iştirak edib. Turinlilər 25 yaşlı arxa xətt oyunçusu üçün 40 milyon avro istəyir.

“İnter” isə məbləği azaltmaq üçün gənc oyunçularından birini müqaviləyə daxil etməyə hazırdır. Eyni zamanda Bremer özü də Çempionlar Liqasında çıxış edəcək komandaya keçmək arzusundadır. Yaxın günlərdə transferin baş tutması gözlənilir.

Qeyd edək ki, Qleyson Bremer ötən mövsüm “Torino”nun heyətində 33 oyunda 3 qol vurub, 1 assist edib.

writer photo
Əlirza Əlirzalı
0