"Papa Karlo"dan növbəti rekord
09.11.2023 - 14:35
"Papa Karlo"dan növbəti rekord

Karlo Ançelotti daha bir rekorda imza atıb.

Apasport.az xəbər verir ki, "Real Madrid"in baş məşqçisi Çempionlar Liqasında qələbələrin sayına görə ilk sıraya yüksəlib.

“Kral klubu” turnirin qrup mərhələsinin 4-cü turu çərçivəsində səfərdə "Braqa"nı (3:0) darmadağın edib. Bu qələbə Ançelottinin qitənin bir nömrəli klub turnirində sayca 116-cı zəfəri olub. Bununla da 64 yaşlı italiyalı "Mançester Yunayted"in keçmiş baş məşqçisi Aleks Ferqyusonun (115 qələbə) rekordunu təzələyib.

writer photo
Əlirza Əlirzalı
0