Parislilərin darmadağını
05.10.2023 - 10:59
Parislilərin darmadağını

Çempionlar Liqasının qrup mərhələsinin II turu PSJ-nin darmadağını ilə əlamətdar olub.

Apasport.az saytı xəbər verir ki, Fransa klubu “Nyukasl”la görüşdə 4:1 hesabı ilə uduzub.

Qarşılaşma bir sıra maraqlı məqamlarla yadda qalıb. Bu, İngiltərə klubunun tarixinə Çempionlar Liqasındakı ən böyükhesablı qələbə kimi düşüb.

PSJ isə son 19 ildə qrup mərhələsində ən ağır məğlubiyyətini alıb. Fransızlar sonuncu dəfə 2004-cü ildə üç top fərqi ilə uduzub. Həmin vaxt digər İngiltərə klubu “Çelsi” üç cavabsız qola sevinib.

Ümumilikdə isə PSJ 3 il 8 aydan sonra bir matçda 4 qol buraxıb. 2020-ci il fevralın 15-də Liqa1-in “Amyen”lə dueli 4:4 hesabı ilə nəticələnib.

Çempionlar Liqasında isə PSJ-yə ən azı dörd qol vuran son komanda “Barselona” olub. 2017-ci il martın 8-dəki görüşdə fransalılar 1:6 hesabı ilə uduzub.

Çempionlar Liqasının qrupunda isə 1997-ci il oktyabrın 22-dən sonra PSJ-yə bu qədər qol vuran yox idi. 26 il öncə “Bavariya” parisliləri meydana çıxmağa peşman edib – 5:1.

Luis Enrikenin komandaları Çempionlar Liqasındakı son üç səfər oyununda darmadağınla üzləşib. 2017-ci ildə “Barselona” PSJ-yə 0:4, “Yuventus”a 0:3 hesabı ilə uduzub.

writer photo
Əlirza Əlirzalı
0