Pavar uğrunda mübarizə qızışır
23.07.2022 - 16:14
Pavar uğrunda mübarizə qızışır

“Bavariya”nın müdafiəçisi Benjamin Pavar uğrunda mübarizə qızışır.

Apasport.az saytının məlumatına görə, Fransa millisinin üzvünün karyerasını İngiltərədə davam etdirməsi gözlənilir.

Çünki 26 yaşlı cinah oyunçusu “Çelsi” və “Mançester Yunayted”in transfer gündəmindədir. Pavar “Yuventus” və “Atletiko”nun da maraq dairəsində olmasına baxmayaraq, onlar oyunçu üçün ikinci plandadır.

Qeyd edək ki, “Bavariya”nın satmaq istədiyi Pavarın müqaviləsi 2024-cü ilə qədərdir.

writer photo
Əlirza Əlirzalı
0