“Dieqo Simeone istədiyi zaman müqaviləsinin müddətini artırmağa hazırıq”.
Apasport.az saytı xəbər verir ki, bunu Madrid “Atletiko”sunun prezidenti Enrike Serezo komandanın baş məşqçisinin gələcək taleyi ilə bağlı sualı cavablandırarkən deyib.
52 yaşlı Dieqo Simeonenin işindən razılıq edən funksioner onunla gələn il başa çatacaq müqaviləni uzatmağa hazır olduğunu da bəyan edib: “Dövrlər, insanlar onların bitməsini istədikdə bitir. Simeone ilə 11 ildir işləyirik, onun müqaviləsinin bitməsinə bir il qalıb və davam etmək istəyirsə, məncə, buna layiqdir”.
Qeyd edək ki, 2011-ci ildən “Atletiko”nu çalışdıran Simeone iki dəfə İspaniya çempionatının, Avropa Liqasının və UEFA Superkubokunun qalibi olub, iki dəfə Çempionlar Liqasının finalına yüksəlib.