Peres əvvəl tənqid etdi, sonra üzr istədi
02.10.2023 - 23:58
Peres əvvəl tənqid etdi, sonra üzr istədi

"Real Madrid"in prezidenti Peres "Jirona"nın futbolçusundan üzr istəyib.

Apasport.az saytı xəbər verir ki, İspaniya La Liqada VIII turun “Jirona” – “Real” oyununda qonaqların müdafiəçisi Naço Fernandes rəqib hücumçu Portuya qarşı sərt hərəkətinə görə birbaşa qırmızı vərəqə alıb.

33 yaşlı müdafiəçinin qovulmağa laiq olmadığını düşünən 76 yaşlı Perez “Jirona”nın futbolçusunu sərt tənqid edib. Ancaq sonradan səhv hərəkət etdiyini görən klub prezidenti Portoya şəxsən zəng edərək peşman olduğunu bildirib.

Qeyd edək ki, “Jirona” – “Real” matçı qonaqların 0:3 hesablı qələbəsi ilə başa çatıb.

writer photo
Əlirza Əlirzalı
0