“Barselona” oyunların birinə kolumbiyalı müğənni Şakiranın adı yazılan formada çıxacaq.
Apasport.az saytının məlumatına görə, bu, Kataloniya klubu ilə “Spotify” şirkəti arasındakı müqaviləyə əsasən reallaşacaq.
La Liqanın ötən turunda “Real” (1:3) önünə müğənni Drakenin loqosunun yer aldığı formalarla çıxan “Barsa” Şakira üçün də bunu edəcək. Bu isə o deməkdir ki, kataloniyalıların vitse-kapitanı Jerar Pike həmin görüşdə iştirak etsə, keçmiş həyat yoldaşının adı yazılan formada meydana çıxmalı olacaq.
Qeyd edək ki, Jerar Pike ilə Şakira 12 illik evlilikdən sonra bu yaxınlarda boşanıblar.