Poçettino “Çelsi”də
28.05.2023 - 16:53
Poçettino “Çelsi”də

Mauritsio Poçettino “Çelsi” ilə müqavilə bağlayıb.

Apasport.az saytı xəbbər verir ki, London klubu argentinalı mütəxəssislə 2026-cı ilədək razılaşma əldə edib.

Uzun müddətdir məşqçi axtarışında olan “Çelsi” yekun qərarını verib və Poçettino növbəti həftədən klubda fəaliyyətə başlayacaq. İngiltərə argentinalı mütəxəssislə yad məkan deyil. O, 5 il “Tottenhem”ə başçılıq edib.

Qeyd edək ki, argentinalı məşqçinon son iş yeri PSJ olub.
 

writer photo
Əlirza Əlirzalı
0