Poçettino Fransaya qayıdır
21.09.2022 - 00:00
Poçettino Fransaya qayıdır

Maurisio Poçettino yenidən Fransada çalışa bilər.

Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssis “Nitsa” rəhbərliyinin planlarına daxildir.

Lüsyen Favrı istefaya göndərməyi düşünən Liqa1 təmsilçisi Poçettinonu əsas namizəd hesab edir. Bu dəyişikliyə mövsümün startındakı uğursuzluqlar səbəb olub. Artıq cənubi amerikalı ilə danışıqlar da başlayıb. Poçettino fikirləşmək üçün vaxt istəyib.

Qeyd edək ki, 2021-ci ilin yanvarında PSJ-yə baş məşqçi təyin olunan mütəxəssis bu yay postundan ayrılıb.
 

writer photo
Əlirza Əlirzalı
0