"Porto" türk hücumçu ilə razılaşıb
23.08.2024 - 16:43
"Porto" türk hücumçu ilə razılaşıb

Portuqaliyanın "Porto" klubu İsveç təmsilçisi "Hammarbi"dən hücumçu transfer edib.

Apasport.az xəbər verir ki, 19 yaşlı türk əsilli isveçli forvard Deniz Gül karyerasını "Porto"da davam etdirəcək.

İsveç klubu bu satışdan 4.5 milyon avro və 500 min avro bonus əldə edəcək. Gənc futbolçu tezliklə Portuqaliyaya yollanıb, tibbi yoxlanışdan keçəcək.

Qeyd edək ki, İsveçin U-21 millisində 2 oyun keçirmiş Deniz Gül karyerası ərzində 48 matça çıxıb, 17 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.  

writer photo
Əlirza Əlirzalı
0