"Porto"nun baş məşqçisi Serxio Konseysao Mikel Artetanın ailəsini təhqir etdiyini iddia edib.
Apasport.az xəbər verir ki, hadisə Çempionlar Liqası matçının 1/8 final matçı (1:0) zamanı baş verib.
“Oyun zamanı Arteta ehtiyat oyunçular skamyasına çevrildi və ailəmi ispan dilində təhqir etdi. Ona dedim ki, təhqir etdiyi adam artıq aramızda yoxdur. Mən Artetaya daha yaxşı oynamaq üçün kifayət qədər keyfiyyətə malik olan komandasını hazırlamaqla məşğul olmağı məsləhət görərdim", - deyə Serxio bildirib.
Qeyd edək ki, ümumi hesab 1:1 bərabərliklə başa çatıb. Penaltilər seriyasında Mikel Artetanın yetirmələri 4:2 qələbə qazanıb.