Premyer Liqa klubu hücumçusunu yenidən icarəyə verdi
30.08.2023 - 11:44
Premyer Liqa klubu hücumçusunu yenidən icarəyə verdi

“Vulverhempton”un futbolçusu Qonsalo Qedeş karyerasını Portuqaliyada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, hücumçu yenidən “Benfika”ya icarəyə verilib.

26 yaşlı portuqaliyalının icarə müqaviləsi 2023/24 mövsümünün sonunadək nəzərdə tutulub. O, son altı ayı da Lissabon təmsilçisində keçirib. “Benfika” Qedeşi yanvarda yarım illik icarəyə götürmüşdü.

Qeyd edək ki, Qonsalo “Benfika”da 15 matçda 2 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0