Regekampf köməkçisinə Rumıniyada iş tapdı
06.10.2022 - 00:38
Regekampf köməkçisinə Rumıniyada iş tapdı

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf keçmiş köməkçisi Anton Petranın təyinatına vasitəçilik edib.

Apasport.az saytının məlumatına görə, 47 yaşlı Petra Rumıniyanın “Kindia” klubuna baş məşqçi təyin olunduğu üçün məhz həmyaşıdına minnətdar olmalıdır.

Çünki Tırqovişte təmsilçisi baş məşqçi axtarışı zamanı məhz bu şəhərdə doğulan və böyük nüfuza malik olan Regekampfla məsləhətləşib. O isə uzun illər yanında köməkçi-məşqçi qismində fəaliyyət göstərən Petranın komandaya uğur qazandıracağına dair rəhbərliyi arxayın edib. Bu üzdən Liqa1 təmsilçisi yeni çalışdırıcı ilə müqavilə imzalayıb.

Qeyd edək ki, Anton Petra 2011-2020-ci illər aralığında müxtəlif klublarda Laurentsiu Regekampfın köməkçiliyini edib. 2020-ci ildə baş məşqçiliyə başlayan rumıniyalı “Styaua”nın sükanı arxasına keçib və iki il bu klubu çalışdırıb.
 

writer photo
Əlirza Əlirzalı
0