Rusiya və Belarus idmançılarının neytral statusda iştirakına icazə verildi
29.03.2023 - 01:29
Rusiya və Belarus idmançılarının neytral statusda iştirakına icazə verildi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya və Belarus idmançılarına neytral statusda yarışmağa icazə verməyi tövsiyə edib.

Apasport.az xəbər verir ki, Lozannada BOK-un İcraiyyə Komitəsinin iclası keçirilib. Xüsusilə, beynəlxalq federasiyalara Rusiya və Belarus idmançılarına aşağıdakı şərtlərlə yarışmağa icazə vermək tövsiyə olunub:

• neytral statusda, yəni ölkələrin bayrağı, himni və rəmzləri olmadan;

• fərdi qaydada və komanda yarışlarına buraxılmadan;

• idmançılar döyüş dəstəyi ilə fəal məşğul olmadıqda;

• idmançılar hüquq-mühafizə orqanlarını və silahlı qüvvələri təmsil etmədikdə.

Bu tövsiyələr 2024-cü ildə Parisdə və 2026-cı ildə Milanda keçiriləcək Olimpiya Oyunlarına şamil edilmir.

writer photo
Əlirza Əlirzalı
0