Premyer Liqa klubu milli üzvünü satır
20.04.2023 - 16:33
Portuqaliya millisinin futbolçusu Ruben Neveş mövsümün sonunda klubunu dəyişəcək.
Apasport.az saytının məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi “Vulverhempton”la yeni müqavilə imzalamaqdan imtina edib.
Bu üzdən də İngiltərə klubu onu satmağa qərar verib. Anlaşması 2024-cü ilin yayında bitəcək futbolçunu azad agent kimi itirmək istəməyən “canavarlar” ona müştəri axtarır. Premyer Liqa təmsilçisi Neveşin satışından 40 milyon avro qazanmağı planlaşdırır.
Qeyd edək ki, portuqaliyalı 2017-ci ildən “Vulverhempton”un formasını geyinir.
0
0