Premyer Liqa klubu millinin qapıçısını alır
21.06.2022 - 17:05
Premyer Liqa klubu millinin qapıçısını alır

“Nyukasl” yeni qapıçı transfer edəcək.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu İngiltərə millisinin qpıkiperi Nik Poupun xidmətində maraqlıdır.

Onun transferi ilə bağlı “Bernli” ilə danışıqlara başlanılıb. Yığmanın qapıçısının keçidini baş məşqçi Eddi Hau istəyib.

Qeyd edək ki, Nik yığmada 8 oyun keçirib. O, ötən mövsüm “Bernli”də 36 matça çıxıb.

writer photo
Əlirza Əlirzalı
0