Krixovyak Səudiyyə Ərəbistanına getdi
31.07.2023 - 15:52
Krixovyak Səudiyyə Ərəbistanına getdi

Daha bir futbolçu ərəblərin təklifinə “hə” deyib.

Apasport.az saytı xəbər verir ki, polşalı yarımmüdafiəçi Qjeqoy Krixovyak karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

“Abha” klubunun mətbuat xidməti 33 yaşlı futbolçunu transfer etdiyini açıqlayıb. Yeni komandasına azad agent kimi qoşulan oyunçu 2024-cü ilin yayına qədər yarımada klubunun formasını geyinəcək. 

Qeyd edək ki, Yunanıstan AEK-inə məxsus olan Krixovyak ötən mövsümü icarə əsasında bu ölkənin "Əl Şabab" klubunda keçirib.

writer photo
Əlirza Əlirzalı
0