Premyer Liqa oyunları üçün təyyarədən istifadə edilməsin - TƏKLİF
12.11.2022 - 16:53
Premyer Liqa oyunları üçün təyyarədən istifadə edilməsin - TƏKLİF

“Çelsi”nin baş məşqçisi Qrem Potter maraqlı təkliflə çıxış edib.

Apasport.az saytının məlumatına görə, 47 yaşlı mütəxəssis klubları Premyer Liqa oyunları zamanı səfər matçları üçün təyyarələrdən istifadəni dayandırmağa çağırıb.

İngiltərəli çalışdırıcı bunun ətraf mühiti qorumaq baxımından mühüm olduğunu düşünür: “Premyer Liqa oyunlarına necə uçacağımız barədə düşünməyə dəyər. Biz ölkə daxilində uçuruq - bu da asan deyil. Mütləq başqa həll yolları tapa bilməliyik. Əgər buna ciddi yanaşsaq, bu məsələdə daha yaxşı işlər görə bilərik. İsti havada məşq etmək istəyirsinizsə, təyyarələrdən istifadəni başa düşürəm. Ancaq mən Premyer Liqadan danışıram. Bundan əlavə, uzun məsafəli uçuşlarda əmələ gələn tullantıların miqdarı haqda düşünsəniz, bunların heç də sağlam olmadığını görərsiniz”.

Qeyd edək ki, “Çelsi” hazırda Premyer Liqada 21 xalla 7-ci pillədə qərarlaşır.

writer photo
Əlirza Əlirzalı
0