“Arsenal” onunla uzunmüddətli müqavilə istəyir
17.05.2023 - 12:43
“Arsenal” onunla uzunmüddətli müqavilə istəyir

“Arsenal” futbolçusu ilə müqavilənin müddətini artıracaq.

Apasport.az saytı xəbər verir ki, İngiltərə təmsilçisi müdafiəçi Vilyam Saliba ilə uzunmüddətli əməkdaşlıq planlaşdırır.

London klubu razılaşması 2024-cü ildə bitəcək futbolçu ilə artıq bu istiqamətdə danışıqlara başlayıb. Hələlik tərəflər arasında yeni müqavilə imzalanmayıb.

22 yaşlı fransalı martda Avropa Liqasında "Sportinq"lə matçda zədələndiyi üçün mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək. 

Qeyd edək ki, Saliba bu mövsüm 33 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0