Premyer Liqa tarixində dördüncü
07.11.2022 - 11:20
Premyer Liqa tarixində dördüncü

Unai Emeri “Aston Villa”da debüt edib.

Apasprot.az saytının məlumatına görə, ispaniyalı mütəxəssisin yetirmələri “Mançester Yunayted”lə görüşüb.

Birminhem təmsilçisi bu matçda 3:1 hesablı qələbə qazanıb. Emeri Premyer Liqa tarixinə debütündə “qırmızı şeytanlar”a qalıb gələn 4-cü baş məşqçi olub.

Onadək yalnız üç mütəxəssis bunu bacarıb. Deyb Bassett 1992-ci ildə “Şeffild Yunayted”də, Joze Mourinyo 2004-cü ildə “Çelsi”də, Alan Kerbişli 2006-cı ildə “Vest Hem”də belə debütə sevinib.

Qeyd edək ki, Emeri oktyabrın 24-də bu vəzifəyə təyin edilsə də, noyabrın 1-də viza probleminin həllinə nail olub.

writer photo
Əlirza Əlirzalı
0