Premyer Liqa tarixinin ən gənc start heyəti – “Bernli”də
12.08.2023 - 01:32
Premyer Liqa tarixinin ən gənc start heyəti – “Bernli”də

“Bernli” İngiltərə Premyer Liqasının ilk turunda tarixə düşüb.

Apasport.az-ın məlumatına görə, liqanın debütantı ən gənc start heyətlə meydana çıxıb.

“Mançester Siti” ilə qarşılaşmada komandanın start heyətinin orta yaş həddi 23 yaş gün 26 gün olub. “Bernli”nin baş məşqçisi Vensan Kompani bu mövsüm Premyer Liqada ən gənc mütəxəssisdir. Onun 37 yaşı var.

Qeyd edək ki, ilk turda “Bernli” öz meydanında “Mançester Siti”yə 0:3 hesabı ilə uduzub.
 

writer photo
Əlirza Əlirzalı
0