Premyer Liqada xərcləmə rekordu
02.09.2023 - 17:34
Premyer Liqada xərcləmə rekordu

İngiltərə Premyer Liqası klubları bir transfer pəncərəsində xərcləmə rekordu qırıb.

Apasport.az saytı xəbər verir ki, İngiltərənin yüksək liqasında olan komandalar bu yay transferlərə 2,36 milyard funt sterlinq xərcləyib. 

Bu, əvvəlki ilki rəqəmlə müqayisədə 440 milyon funt-sterlinq daha çox vəsaitdir. Komandalar yay transfer pəncərəsinin son günündə isə 255 milyon funt-sterlinqlərindən keçiblər.

Qeyd edək ki, Premyer Liqa klublarının xərcləri Top-5 liqada ümumi transfer xərclərinin 48%-ni təşkil edib.

writer photo
Əlirza Əlirzalı
0