Premyer Liqada yeni hücumçu
26.08.2023 - 16:20
Premyer Liqada yeni hücumçu

“Udineze”nin futbolçusu Beto karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, hücumçu “Everton”a keçə bilər.

Liverpul təmsilçisi forvard üçün 30 milyon avro təklif edib. İtaliyalılar bu məbləği artırmaq niyyətindədir. Futbolçunun özü də keçidə razılıq verib.

Qeyd edək ki, Beto ötən mövsüm 34 oyunda 10 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0