Bayramov 73-cü oldu
14.10.2023 - 14:39
Toral Bayramov Azərbaycan milli komandasında ilk qolunu vurub.
Apasport.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu yığmadakı qol hesabını 16-cı oyununda açıb.
O, AVRO-2024-ün Estoniya ilə səfər matçında fərqlənib. Toral 9-cu dəqiqədə erkən qola sevinib.
Bayramov millinin tarixində qol sevinci yaşayan 73-cü futbolçudur. Onadək 72 oyunçumuz rəqib qapısına yol tapıb.
Qeyd edək ki, millimiz Tallində 2:0 hesablı qələbə qazanıb.
0
0