Qətərdə keçiriləcək DÇ-2022-nin startına cəmi iki gün qalıb.
Apasport.az saytının məlumatına görə, bukmeker kontorları proqnozsevərlərdən təkcə oyunlara deyil, həm də çempionluğa pul qoyuluşları qəbul edir.
Bəzi şirkətlər ən böyük mərcləri açıqlayıb. Bu üzdən məlum olan ən böyük proqnozlar bəllidir.
Braziliya yığmasının 20 ildən sonra çempionluq həsrətinə son qoyacağına inananların sayı çoxdur. Betterlərdən də biri “pentakampeonlar”ın Qətərdəki zəfərinə inanır.
“BetMGM” şirkətinin müştərisi buna 150 min dollar qoyub. Proqnozsevər bunun əmsalının 4,00-ə bərabər olduğu vaxt mərc edib. “Top sehrbazları” Asiyada triumfa imza atsa, risk edən mərc həvəskarı 600 min uduş əldə edəcək.
Maraqlıdır ki, məhz bu böyük qoyuluşdan sonra “BetMGM” Braziliyanın qələbə əmsalını 3,5-ə qədər endirib. Çünki bu böyük uduş reallaşsa şirkətin maliyyə durumuna ciddi təsir edə bilər.
Digər komandalara da diqqətçəkən mərclər qeydə alınsa da, Braziliyaya qoyulan vəsaitlə müqayisə oluna bilməz.
Amma mümkün uduşlar arasında daha böyük rəqəm də var. Kanadaya mərc edən better 625 min əldə edə bilər. Amma hokkey ölkəsinin futboldakı uğuru heç inandırıcı deyil.
Ən böyük 4 mərc
1. Braziliya – 150000 dollar (600000 dollar mümkün uduş)
2. Danimarka – 14000 (392000)
3. Kanada – 2500 (625000)
4. Serbiya – 1000 (100000)