“Real”ın Ançelotti planı
28.11.2023 - 15:02
“Real”ın Ançelotti planı

“Real” baş məşqçisi Karlo Ançelotti ilə müqavilənin müddətini artırmağı planlaşdırır.

Apasport.az xəbər verir ki, “Kral klubu”nun rəhbərliyi mövsümün sonunda 64 yaşlı italiyalı ilə razılaşmanı daha 2 illik artıracaq.

Ancelottinin nümayəndəsi ilə danışıqlara start verən Madrid klubu mütəxəssisin razılığını almağa çalışır. 2021-ci ilin yayından komandanın “sükanı arxası”nda olan məşqçinin bu təklifi necə cavablandıracağı dəqiqləşməyib.

Qeyd edək ki, yeni mövsümə uğurlu start verən “Real” 14 matçdan sonra topladığı 35 xalla La Liqanın turnir cədvəlinin zirvəsində yer alır.

writer photo
Əlirza Əlirzalı
0