FİFA prezidenti Canni İnfantino Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) hakimlərə etiraz etmək və ya aldatmaq məqsədi daşıyan hərəkətlərdə istifadə edilməsi üçün təklif etdiyi mavi kart tətbiqi ilə bağlı açıqlama verib.
Apasport.az xəbər verir ki, qurum rəsmisi bu təklifi dəstəkləmədiyini bildirib .
"Mavi kartdan elit səviyyədə istifadə edilməyəcək. Bu, bizim üçün gündəmdə olmayan bir məsələdir. FİFA mavi vərəqə tamamilə əleyhinədir. FİFA olaraq. Prezident, mənim bu vəziyyətdən xəbərim yox idi”, - deyə İnfantino Şotlandiyada IFAB toplantısı öncəsi verdiyi açıqlamada bildirib.
Xatırladaq ki, İFAB mavi vərəqədən hakimləri aldatmaq və ya hakimə etiraz etmək məqsədi daşıyan hərəkətlərdə istifadə etməyi tövsiyə edir və mavi vərəqə alan oyunçunun 10 dəqiqə oyundan kənar qalacağı bildirilib.
Qeyd edək ki, futbolçular iki mavi və ya bir mavi və bir sarı vərəqə aldıqda oyundan kənarlaşdırılacaqlar. IFAB hazırda bu tətbiqi yüksək səviyyəli liqalarda tətbiq etməyi düşünmür, lakin bu sınaq bəzi liqalarda yay aylarında həyata keçirilə bilər.