Premyer Liqada yeni rekord
03.10.2022 - 09:25
Premyer Liqada yeni rekord

“Mançester Siti” yeni rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, “şəhərlilər” ardıcıl 8 ev oyununda ən azı 3 qol vurmaqla qalib gəlib.

Bu, Premyer Liqa tarixində yeni rekorddur. Uğurlu seriya “Brayton”la matçda başlayıb – 3:0.

Ardınca “Uotford” (5:1), “Nyukasl” (5:0), “Aston Villa” (3:2), “Bornmut” (4:0), “Kristal Pelas” (4:2) və “Nottinhem Forest”i (6:0) qonaq edən Pep Qvardiolanın yetirmələri dünən “Mançester Yunayted”i üstələyib – 6:3.

Qeyd edək ki, “şəhərlilər” bu 8 ev oyununda 36 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0