Premyer Liqada yeni rekord
24.10.2023 - 09:00
Premyer Liqada yeni rekord

“Tottenhem”in baş məşqçisi Angelos Postekoğlu İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

Apasport.az xəbər verir ki, London klubu 9-cu turun “Fulhem”lə derbisində 2:0 hesabı ilə qalib gəlib.

Bununla da Postekoğlunun yetirmələri ilk 9 turdan sonra xal hesabımı 23-ə çatdırıb. Bu, Premyer Liqa tarixində debütant məşqçilər üçün mütləq rekorddur. Heç bir mütəxəssis öz klubundakı ilk mövsümündə bu qədər xal toplamayıb.

Qeyd edək ki, “Tottenhem” 9 turdan sonra çempionatın lideridir.
 

writer photo
Əlirza Əlirzalı
0