Premyer Liqadan “Əl-Şəbəb”ə
21.08.2023 - 20:11
Premyer Liqadan “Əl-Şəbəb”ə

İngiltərə Premyer Liqasında çıxış edən daha bir futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Everton”un üzvü Demaray Qrey “Əl-Şəbəb”ə keçidə yaxındır.

Yamaykalı hücumçunun transferi ilə bağlı iki klub arasında razılıq əldə olunub. Asiyalılar hazırda futbolçunun özü ilə danışıqlar aparır.

26 yaşlı futbolçunun Liverpul təmsilçisi ilə müqaviləsi 2024-cü ildə başa çatacaq. Transferin 20 milyon avroya reallaşacağı gözlənilir.

Qeyd edək ki, Demaray ötən mövsümün 36 oyununda 6 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0