PSJ-dən 110 milyonluq təklif
12.07.2023 - 14:14
PSJ-dən 110 milyonluq təklif

PSJ Viktor Osimhenin transferi üçün “Napoli”yə rəsmi təklif göndərib.

Apasport.az saytının məlumatına görə, Fransa klubu nigeriyalı hücumçu üçün 110 milyon avro ödəməyə razı olub.

Lakin neapollular futbolçunu bu qiymətə satmaqdan imtina edib. Parislilər forvarda illik 12 milyon avro maaş vəd etsə də, öncə klubu razılığa gəlməlidir. Onun transferini baş məşqçi Luis Enrike istəyib.

Qeyd edək ki, 24 yaşlı forvard ötən mövsüm 39 matçda 31 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0