PSJ-dən 25 milyonluq transfer
30.08.2022 - 00:00
PSJ-dən 25 milyonluq transfer

“Napoli”nin futbolçusu Fabian Ruis karyerasını Fransada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, ispaniyalı yarımmüdafiəçi PSJ-yə keçəcək.

Liqa1 təmsilçisi Ruisin keçidinin  detallarını razılaşdırıb. Paris klubu onun transferi üçün 25 milyon avro ödəyəcək. Fabianın özü ilə 5 illik anlaşma imzalanacaq.

Qeyd edək ki, PSJ-nin yarımmüdafiəçisi Ander Errrera “Atletik”ə icarəyə verilib. 
 

writer photo
Əlirza Əlirzalı
0