“Qalatasaray” – “Beşiktaş” matçının hakimi cəzalandırılıb
02.11.2024 - 09:45
“Qalatasaray” – “Beşiktaş” matçının hakimi cəzalandırılıb

Türkiyə Super Liqasının XI turunda keçirilən “Qalatasaray” – “Beşiktaş” oyununun baş hakimi Arda Kardeşler cəzalanıb.

Apasport.az xəbər verir ki, oyunda mübahisəli qərarları ilə diqqət çəkən referi Türkiyə Mərkəzi Hakimlər Komitəsi tərəfindən cəzalanıb.

Qurum referinin səhv qərarlar verdiyini qəbul edib və onun bir müddət təyinat almayacağını açıqlayıb.

Qeyd edək ki, mübahisəli epizodlarla yadda qalan matç “Qalatasaray”ın 2:1 qələbəsi ilə başa çatıb. 

writer photo
Əlirza Əlirzalı
0