Azarkeşlər 50 polisi yaralayıb
26.11.2023 - 23:36
Azarkeşlər 50 polisi yaralayıb

Dünən keçirilən Bundesliqanın 12-ci turunun “Ayntraxt” – “Ştutqart” (1:2) oyunundan əvvəl almaniyalı azarkeşlərlə yerli polis arasında dava olub.


Apasport.az xəbər verir ki, hadisə nəticəsində 50-yə yaxın hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb. 


Bildirilir ki, davaya səbəb "Ayntraxt"ın stadionunun girişində komandanın azarkeşləri ilə polis arasındakı münaqişə olub. Azarkeşlərin polisə şüşə, metal hasarın hissələri, pirotexniki əşyalar atdığı vurğulanır. Bu hərəkətlərə cavab olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə ediblər.


Qeyd edək ki, 50 polis əməkdaşı ilə yanaşı, stadion işçiləri və davada iştirak etməyən bir neçə azarkeş, o cümlədən uşaqlar da yaralanıb.

writer photo
Əlirza Əlirzalı
0