PSJ-dən getməyə qərar verdi
21.01.2023 - 13:40
PSJ-dən getməyə qərar verdi

Presnel Kimbembe PSJ-ni tərk edəcək.

Apasport.az saytının məlumatına görə, bu qərarı Fransa millisinin 27 yaşlı müdafiəçisinin özü verib.

O, yay fasiləsində Liqa1-dən ayrılacaq. Presnel özünü digər çempionatlarda sınamaq istəyir.

Onun müqaviləsi 2024-cü ildə başa çatacaq. Futbolçu cari mövsümün sonunda satılmasını xahiş edib.

Qeyd edək ki, Kimbembe 2013-cü ildən PSJ-nin şərəfini qoruyur.
 

writer photo
Əlirza Əlirzalı
0