Premyer Liqa klubunun gözü “Ayaks”ın müdafiəçisində
19.07.2023 - 18:03
Premyer Liqa klubunun gözü “Ayaks”ın müdafiəçisində

“Fulhem” Premyer Liqanın startına qədər daha bir transfer gerçəkləşdirməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Kelvin Bessini heyətinə qatmağa qərar verib.

23 yaşlı nigeriyalı hazırda “Ayaks”ın formasını geyinir. “Fulhem”in nümayəndələri Amsterdam təmsilçisinə ilk təklifi göndərib.

Qeyd edək ki, “Ayaks” Bessini ötən ilin yayında “Reyncers”dən 25 milyon avroya transfer edib. Onun müqaviləsi 2027-ci ildə başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0