FIFA DÇ-2026-nın formatını təsdiqlədi
14.03.2023 - 20:36
FIFA DÇ-2026-nın formatını təsdiqlədi

FIFA Ruandanın paytaxtı Kiqalidə keçirilən konqresində ilk dəfə 48 komandanın iştirak edəcəyi 2026-cı il dünya çempionatının formatını təsdiqləyib.

Apasport.az xəbər verir ki, ilkin olaraq 48 iştirakçının hər biri 3 komanda olmaqla 16 qrupa bölünməsi planlaşdırılırdı. FIFA bu ideyadan imtina edərək 4 komandalı 12 qrupdan ibarət formatın lehinə qərar verib.

Hər qrupdan ilk 2 yeri tutan komanda və 3-cü yerləri tutan ən yaxşı 8 komanda 1/16 finala yüksələcək.

Ümumilikdə komandalar növbəti dünya çempionatında 104 oyun keçirəcək. Turnir 39 gün davam edəcək.

writer photo
Əlirza Əlirzalı
0