PSJ-dən yeni rekord - 728 milyon avro
11.01.2023 - 16:04
PSJ-dən yeni rekord - 728 milyon avro

PSJ-nin illik maaş xərcləri bəlli olub.

Apasport.az saytının məlumatına görə, Fransa nəhəngi il ərzində əmək haqlarına 728 milyon avro ödəyir.

Bu, futbol tarixində yeni rekorddur. İndiyədək heç bir klubda maaşların cəmi bu qədər yüksək olmayıb.

Lionel Messi, Canluici Donnarumma və Əşrəf Hakiminin 2021-ci ilin yayındakı keçidindən sonra bu rəqəm 45 faiz artıb. Klubun gəlirləri cəmi 670 milyon avro təşkil edir ki, bu da maaşları ödəmək üçün yetərli deyil. Ümumilikdə isə PSJ 369 milyon avro ziyanla işləyir.

Qeyd edək ki, “Real”da maaş xərcləri artaraq 519 milyon avroya çatıb.

writer photo
Əlirza Əlirzalı
0