“Olimpiakos” - “Qarabağ”: Kim şanslıdır?
06.10.2022 - 15:19
“Olimpiakos” - “Qarabağ”: Kim şanslıdır?

Avropa Liqasının qrup mərhələsinin III turunun oyunları çərçivəsində keçiriləcək “Olimpiakos” (Yunanıstan) - “Qarabağ” (Azərbaycan) görüşünün əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları öz meydanında mübarizə aparacaq Ellada təmsilçisini matçın favoriti sayırlar. 

Bu gün Pireydə baş tutacaq matçda Yunanıstan çempionunun qələbəsi 2,02, “Qarabağ”ın uğuru 3,86 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,82 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0