Premyer Liqa klubundan rekord transfer
20.08.2024 - 11:15
Premyer Liqa klubundan rekord transfer

İngiltərə Premyer Liqa komandalarından "Brayton" "Lids"dən Corcinio Rutteri heyətinə qatıb.

Apasport.az xəbər verur ki, “Brayton” bu transferlə klub rekordunu qırıb. 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. 

İngiltərə klubu Rutter üçün "Lids"ə 40 milyon funt-sterlinq sərbəst buraxılma məbləği ödədi.

Beləliklə, "Brayton" klub tarixinin ən bahalı transferini həyata keçirib.

Qeyd edək ki, Premyer Liqa komandasının bu yay 7 transfer üçün ödədiyi ümumi transfer haqqı 145 milyon funt-sterlinqə çatıb.

writer photo
Əlirza Əlirzalı
0