PSJ Kanteni gözləyir
31.08.2022 - 00:34
PSJ Kanteni gözləyir

“Çelsi”nin futbolçusu Nqolo Kante Fransaya qayıda bilər.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi PSJ-nin hədəfindədir.

Paris klubu Kante ilə danışıqlara başlamağı planlaşdırır. Qışda baş tutacaq görüş zamanı onun yayda kluba keçidi müzakirə olunacaq. Fransa çempionu Nqolonun gələn yay azad agent statusu ilə heyətə qatmaq fikrindədir.

Qeyd edək ki, Kante “Çelsi”də 262 oyunda 13 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0