İstanbul derbisinin hakimi açıqlandı
22.12.2023 - 23:51
İstanbul derbisinin hakimi açıqlandı

“Fənərbaxça” – “Qalatasaray” matçının hakimi bəlli olub.

Apasport.az xəbər verir ki, İstanbul derbisini Arda Kardeşler idarə edəcək.

Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsi 35 yaşlı referinin görüşün baş hakimi olmasına qərar verib. Bazar gününə təyin olunan qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunun dördüncü hakimi isə Cihan Aydın seçilib.

Qeyd edək ki, Arda Kardeşler karyerası ərzində “Fənərbaxça” və “Qalatasaray” arasında oynanılacaq matça ilk dəfə təyinat alıb. 
 

writer photo
Əlirza Əlirzalı
0