Xavi de Yonqun mövqeyini açıqladı
21.10.2022 - 22:51
Xavi de Yonqun mövqeyini açıqladı

“Barselona”nın baş məşqçisi Xavi La Liqanın x turunun “Vilyarreal”la oyunundan sonra yarımmüdafiəçi Frenki de Yonqu tərifləyib.

Apasport.az saytının məlumatına görə, çalışdırıcı niderlandlı futbolçunun 3:0 hesabı ilə qalib gəldikləri matçdakı performansında razılıq bildirib.

İspaniyalı mütəxəssis de Yonqun özünü orta sahədə daha yaxşı göstərə bildiyini də vurğulayıb: “Franki məni inandırdı ki, onun ən yaxşı mövqeyi mərkəz yarımmüdafiəsidir. O, çox yaxşı idi, ona görə də onun üçün xoşbəxtəm”.

Qeyd edək ki, Frenki de Yonq yay fasiləsində “Mançester Yunayted”dən təkliflər alsa da, “Barselona”da qalmaqda israrlı olub və istəyinə çatıb.

writer photo
Əlirza Əlirzalı
0