“Barselona” Silvadan imtina edir
21.06.2022 - 23:32
“Barselona” Silvadan imtina edir

“Barselona” “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanın transferindən imtina edir.

Apasport.az saytının məlumatına görə, buna səbəb İngiltərə klubunun tələbləridir.

Premyer Liqa çempionu ispanlardan ulduz futbolçusunun transferi üçün 85-95 milyon avro istəyib. Bu isə maliyyə problemi yaşayan kataloniyalıları geri addım atmağa vadar edir. Silva ölkəsi Portuqaliyaya yaxın yerdə yaşamaq istədiyindən, “Barselona”ya yollanmaqda maraqlı olsa da, La Liqa təmsilçisi maliyyə şərtlərini qarşılamaq iqtidarında deyil.

Qeyd edək ki, Bernardo Silva 2017-ci ildən “Mançester Siti”nin formasını geyinir.

writer photo
Əlirza Əlirzalı
0