PSJ Kanteni gözləyir
10.11.2022 - 14:14
PSJ Kanteni gözləyir

“Çelsi”nin futbolçusu Nqolo Kante karyerasını Fransada davam etdirə bilər. 

Apasport.az saytının məlumatına görə, fransalı yarımmüdafiəçinin xidmətində PSJ maraqlıdır.

31 yaşlı futbolçunun müqaviləsi yayda başa çatacaq. Parislilər onu azad agent kimi ələ keçirməyi planlaşdırır.

Qeyd edək ki, hazırda zədəli olan Kante bu üzdən DÇ-2022-də iştirak etməyəcək.

writer photo
Əlirza Əlirzalı
0